Azərbaycan və Polşa XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun polşalı həmkarı Yatsek Kşiştof Çaputoviç arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında məlumat verilib.

Telefon danışığı zamanı nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü müzakirə ediblər.

Yatsek Kşiştof Çaputoviç Azərbaycan XİN başçısını əmin edib ki, Polşa bu təşəbbüsü dəstəkləyir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *