Ukraynada hərbi təyyarə qəzaya uğrayıb

Ukraynanın Xarkov vilayətinin Çuguev şəhəri yaxınlığında “An-26” tipli hərbi təyyarə qəzaya uğrayıb.

Median.Az“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, təyyarənin göyərtəsində kursantların olduğu bildirilir.