İzmirdə zəlzələ nəticəsində 25 nəfər ölüb, 831 nəfər yaralanıb – YENİLƏNİB + VİDEO

İzmir şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 831 nəfərə çatıb.

Median.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda səkkiz binada axtarış-xilasetmə işləri davam etdirilir. 100 nəfər dağıntılar altından xilas olunub.