Türkiyədə PKK terrorçuları zərərsizləşdirildi

Türkiyənin Milli Müdafiə Nazirliyi Hakkari əyalətində PKK terrorçularının zərərsizləşdirildiyini bildirib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Şəmdinli ərazisində aşkarlanan 2 PKK terrorçusu məhv edilib. Nazirlik sonra tvitter səhifəsində daha 3 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Məlumata görə, terrorçular hücuma hazırlıq görürmüş.

Milli Müdafiə Nazirliyi terror qruplaşmasına qarşı əməliyyatların davam etdirildiyini bildirib.