Ərdoğan: “İlham Əliyevlə danışdım, zəfərə yaxınlaşırıq” – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Kahramanmaraşda keçirilən iclasında Prezident İlham Əliyevlə telefon danışığından bəhs edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Səhər İlham Əliyev qardaşımla telefonda danışdıq. İrəliləyişlər barədə danışdı. Müsbət irəliləyişləri eşidəndə çox xoşbəxt oldum. Zəfərə yaxınlaşırıq.

30 il işğaldakı torpaqlarından ayrı qaldılar. Amma indi torpaqlarına yenidən qovuşurlar”, – deyə Türkiyə prezidenti bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *