Azərbaycanda tanınmış hüquqşünas koronavirusdan öldü

Azərbaycanda tanınmış hüquqşünas Nicat Gözəlov vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, 55 yaşında dünyasını dəyişən hüquqşünasın ölümünə səbəb koronavirus infeksiyası olub.