Bakıda avtomobil yeniyetməni vuraraq xəsarət yetirdi

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində 2006-cı il təvəllüdlü Bağırov Nihat Elçin oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib.

Ona sol dizin əziyi diaqnozu qoyulub.