Əli Əsədov Erkan Özoral ilə görüşdü

Azərbaycanın baş naziri Əli Əsədov ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *