Gürcüstan prezidenti müxalifətçini əfv edəcək

Gürcüstan prezidenti Salome Zurabişvili aprelin 27-də müxalifətçi Giorgi Ruruanı əvf edəcək.

Bu barədə dövlət başçısının yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, hakimiyyətlə siyasi böhrandan çıxış üzrə razılaşmanı imzalayan siyasi partiyalar parlamentin aprelin 27-də keçiriləcək plenar iclasına qatılacaqlar və əvf sərəncamı də həmin gün imzalanacaq.

Qeyd edək ki, G.Rurua Gürcüstanın müxalif “Mtavari arxi” telekanalının təsisçilərindən biridir. O, 2019-cu ilin noyabrında odlu silahın qanunsuz əldə olunması, saxlanılması faktı ilə bağlı həbs olunub və ötən ilin iyulunda 4 il müddətinə azadlıqdan məhrum edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *