Polis keçmiş arvadını və baldızını bıçaqlayan şəxsi saxlayıb

Şəmkir rayonunda yerli sakin keçmiş arvadını və onun bacısını bıçaqlayıb.

Median.Az xəbər verir ki, 1977-ci il təvəllüdlü Gürzalı Alıyev mübahisə zəminində keşmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Şəlalə Tağıyevanı və onun bacısı, 1989-cu il təvəllüdlü Şəhla Süleymanovanı bıçaqlayıb.

Hər iki qadın bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.//ölkə.az