Bakıda mənzildən çılpaq qadın meyiti tapıldı: Qətlə yetirildiyi məlum oldu – TƏFƏRRÜAT

Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən mənzildə meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 29, mənzil 12-də qeydə alınıb.

Ordubad rayon sakini 1990-ci il təvəllüdlü Turanə İldırım qızı Cəfərovanın bədəninin müxtəlif nahiyələrində qançır izləri və elektrik naqili ilə boğularaq qətlə yetirilmiş çılpaq meyiti kirayədə qaldığı mənzildə aşkarlanıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

//oxu.az