Kosta-Rikada vulkanın püskürmə anı videoya düşüb – VİDEO

Kosta-Rikanın şimalında yerləşən və ölkənin beş ən böyük vulkanından biri – Rinkon-de la-Vexa püskürməyə başlayıb.

“Tvzvezda” məlumat verir ki, vulkanın püskürmə anı videoya düşüb.

Qeyd olunur ki, Rinkon-de la-Vexanın aktivləşməsi nəticəsində havaya atılan kül iki kilometr hündürlüyə qalxıb.

Yerli hökumət qurumları ətrafda yaşayan sakinlərdən çayların yaxınlığından uzaq durmağa çağırıb.