Tovuzda avtomobil ağaca çırpıldı: Ölən var

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Tovuz rayon Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü V.Hüseynov idarə etdiyi VAZ-2107 markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.