Tornado futbolçunu havaya qaldırıb, yerə çırpdı – VİDEO

Boliviyada tornado qasırğası futbol komandalarından birinin oyunçusunu öz çənginə alıb.

Hadisənin görüntüsü “Telegram”-kanallarda yayılıb.

Qeyd olunur ki, hadisə həvəskar klubların oyunu zamanı baş verib.

Təbii fəlakətlə əlaqədar qarşılaşma təxirə salınıb. Oyunçunun ciddi xəsarət almadığı bildirilir.