Naftalanda azyaşlını maşın vurub

Naftalanda piyadanın vurulması ilə nəticələnən yol qəza baş verib.

Median.Az APA-ya istinadən bildirir ki, 2010-cu il təvəllüdlü Seyid İlqar oğlu Yusibov velosiped sürən zaman onu “VAZ 2115” markalı avtomobil vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.