Yevlaxda 2 avtomobil toqquşub, xəsarət alan var

Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Emin Xanlar oğlu Qasımlı xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.