Qazaxda gənc qadın intihara cəhd edib

Qazax rayonunda intihara cəhd hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Yuxarı Salahlı kəndində qeydə alınıb.

Gənc qadın (ad və soyad dəqiqləşdirilir-red) özünü asaraq intihar etmək istəyib. Lakin yaxınları onun həyatını xilas edə bilib.

Vəziyyəti ağır olan qadının hansı səbəbdən intihar etmək istədiyi isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.