Dərman vasitələrinin ekspertizasına dair tariflər Tarif Şurası tərəfindən müəyyən olunacaq

Nazirlər Kabineti 2019-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, müvafiq qərarı Əli Əsədov imzalayıb.

Qərara əsasən “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli publik hüquqi şəxsə çevrilib.

Eyni zamanda ekspertiza “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *