Azərbaycanda məktəbli qız öldü

Zərdab rayonunun Çallı kənd tam orta məktəbinin şagirdi vəfat edib.

Bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, məktəbin 10-cu sinif şagirdi Firuzə Vahidli Adil qızı bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.