DİN koronavirusdan ölən şəxsin dişlərinin oğurlanması məsələsini nəzarətə götürdü – YENİLƏNİB

Gəncədə ölmüş şəxsin dişlərinin aparılması ilə bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, vətəndaş Ramin Kərimov Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək koronavirusdan vəfat edən atasının protez dişlərinin naməlum şəraitdə oğurlanmasını bildirib:

“Müraciət ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, tezliklə nəticəsi barədə əlavə məlumat veriləcək”.

* * * * *

Gəncədə ölmüş şəxsin dişləri oğurlanıb.

COVID-19 xəstəliyindən vəfat edən Təhməz Kərimovun ağzındakı 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb.

Hadisədən sonra T.Kərimovun oğlu Ramin Kərimov hüquq-mühafizə orqanlarına şikayət edib.

Hazırda faktla bağlı araşdırma aparılır.