Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Qafqazinfo “Sputnik Armenia”ya istinadən xəbər verir ki, meyitlər Füzuli rayonunda aşkarlanıb.

Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1680-ə çatıb.