Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşımlar edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün tviterdəki səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, paylaşımda deyilir:

“Zəngilan rayonunun Ağalı kəndində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub”.

Birinci vitse-prezident həmçinin Azərbaycan və Türkiyə Prezidentlərinin Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaları ilə bağlı paylaşım edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *