Rusiyada təyyarə radarlardan itib

Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi radarlardan itib.

Bu barədə yerli təcili xidmətdən “RİA Novosti”yə bildirilib.

Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində enişə hazırlaşarkən radarlardan itib.

Hadisə yerinə xilasedicilər göndərilib.