Latviya Rusiya ilə sərhəddə iki keçid məntəqəsini bağlayır

Latviya hökuməti Rusiya ilə sərhəddə iki keçid məntəqəsini – Vientuli və Pededzeni bağlamaq qərarına gəlib.

Bu barədə LETA agentliyi məlumat yayıb.

Qətnamə layihəsini hazırlayan Latviya Daxili İşlər Nazirliyi bildirib ki, Vientuli Latviya-Rusiya sərhədində ən aşağı keçid qabiliyyətinə malik sərhəd nəzarət məntəqəsidir.

Vurğulanıb ki, Latviya Xarici İşlər Nazirliyi qərarla bağlı Rusiyanı məlumatlandıracaq.