Göygöldə qəza: Xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.

Hərəkətdə olan VAZ 21011 və “Mercedes-Benz” markalı minik maşınlarının toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.