Macarıstanın baş naziri Bakıya gəlir

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə yola düşüb.

Bu barədə Macarıstan baş nazirinin Mətbuat Xidmətinin rəhbəri Bertalan Havaşi məlumat yayıb.

O qeyd edib ki, Baş nazir Viktor Orban İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidentinin dəvəti ilə cümə günü (25 noyabr) BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb.

“Konfransdan əvvəl Baş nazir Orban Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacaq”, – Mətbuat Xidmətinin rəhbəri qeyd edib.

Mənbə: Origo.hu

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *