Mixail Qaluzin: “Moskva Bakı ilə İrəvan arasında danışıqları qəbul etməyə həmişə hazırdır”

Rusiya hər zaman Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə hazırdır və ümid edir ki, Bakı və İrəvan müvafiq təklifin aktuallığını nəzərə alacaqlar.

Median.Az xəbər verir ki, bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini qeyd edib ki, Moskvada sülh danışıqlarının aparılmasına dair təkliflər Ermənistan və Azərbaycandan olan tərəfdaşlar üçün açıqdır.

O əlavə edib ki, Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi sülh nizamlanmasına kömək etməyəcək və yalnız Cənubi Qafqazda gərginliyi artıracaq.

M.Qaluzinin sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib.//report.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *