Rusiyada zəlzələ olub

Rusiyanın İrkutsk vilayətində 5,1 maqnitudada zəlzələ baş verib.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin regional qərargahının məlumatına görə, İrkutsk vilayətinin Ust-Kut şəhərində zəlzələnin intensivliyi 4 bal, İrkutskda isə 2 bal olub.

Qeyd edilib ki, zəlzələ nəticəsində dağıntılar olmayıb.