Qubada 14 yaşlı qız dəm qazından ölüb

Qubanın Hacıhüseynli kənd sakini 14 yaşlı Ayna Vəlixanova dəm qazından zəhərlənib.

Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılan A.Vəlixanovaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.