Şəkidə baş vermiş qəzada xəsarət alanların sayı beşə çatıb – YENİLƏNİB

Şəkidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı beşə çatıb.

“Report”un məlumatına görə, qəza zamanı beş nəfər – 1989-cu il təvəllüdlü Təbriz Tehran oğlu Hüseynov, 1994-cü il təvəllüdlü Cavad Tehran oğlu Hüseynov, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov, 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov və 1990-cı il təvəllüdlü Turqut Rizvan oğlu Abbaszadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes-Benz” və “Hyundai” markalı avtomobilləri toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes-Benz” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan iki nəfər, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov və 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.