Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb – YENİLƏNİB + VİDEO

Növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

Median.Az-ın xəbərinə görə, saat 19:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 15 saylı Yasamal Birinci Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 83,36 % olub.

Seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 59,80% olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *