Övladına fiziki şiddət göstərən ata polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu deyib.
O bildirib ki, ataya 128-ci maddə ilə cinayət işi açılıb:
“Uşaq və ananın təhlükəsizliyi təmin olunub”.
* * * * *
Sosial şəbəkələrdə atanın qızına qarşı zorakılıq göstərməsi ilə bağlı yayılan görüntülərlə əlaqədar araşdırma başlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüntülərdən məlumatlıdırlar, məsələ nəzarətə götürülüb:
“Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq zəruri olan tədbirlərin görülməsi təmin olunacaq. Əlavə məlumat veriləcək”.
