Bank kartından altı min manat oğurlayan şəxslər tutuldular

Bank kartından oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6050 manatını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.