Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var

Goyçayda avtomobil qəzası baş verib.

Hadisə Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb.

“Ford transit” markalı maşın “VAZ 2107” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Göyçay sakini 1993-cü il təvəllüdlü Nuranə İsgəndərova müxtəlif dərəcəli xəsarətlər alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
//report