Masallıda gənc oğlan özünü gölə ataraq intihar edib

Masallıda 21 yaşlı oğlan özünü gölə ataraq intihar edib.

APA xəbər verir ki, 2004-cü il təvəllüdlü Sənan Muradov özünü yaşadığı Kolatan kəndinin ərazisində yerləşən Böyük Kolatan gölünə atıb.

Nəticədə Sənan Muradov boğularaq ölüb.

Onun meyiti kənd sakinləri tərəfindən göldə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.