Qazaxıstan XİN: Qardaş Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə bu ölkənin Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.

“Müstəqillik günü münasibətilə Azərbaycan XİN-dəki həmkarlarımıza ən səmimi təbriklərimizi və qardaş ölkənin xalqına ən xoş arzularımızı çatdırırıq”, – paylaşımda vurğulanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *