İtkin kimi axtarışda olan qadın və övladı tapılıb

İyunun 3-də polis itkin düşmüş kimi axtarışda olan beş nəfəri tapıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 2-də Nərimanov rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı kişi, mayın 14-də Qəbələ rayonunun Daşça kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı kişi, mayın 28-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qadın və övladı, iyunun 1-də Balakən rayonunun Mahamalar kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 29 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.