Moskva vilayətində baş verən güclü yanğında ölənlərin sayı artıb

Moskva vilayətinin Fryazino şəhərində yanğın yerindəki binada daha dörd nəfərin meyiti tapılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Dörd nəfərin cəsədi yeddinci mərtəbədə tapılıb. Hazırda onların cinsi və şəxsiyyəti müəyyənləşdirilir”, – agentlikdən bildirilib.

Xatırladaq ki, iyunun 24-də Moskva ətrafındakı Fryazino elmi şəhərciyində əvvəllər “Platan” Elmi-Tədqiqat İnstitutunun yerləşdiyi ofis binasında yanğın olub. Hadisə zamanı doqquz nəfərin öldüyü bildirilib.

Mənbə: TASS