Könül Xasıyeva əməliyyat olundu – FOTO

Xalq artisti Könül Xasıyeva ürəyindən əməliyyat olunub.

Bu barədə sənətçi “Instagram” hesabında paylaşım edərək “Evdəyəm. Hər şey əladır. Allahdan hər birinizə möhkəm can sağlığı arzulayıram. Amin”, – sözlərini yazıb.

Qeyd edək ki, sənətçinin ürək damarlarına stent qoyulub.