Ceyhun Bayramov NATO-nun 75-ci ildönümü tədbirində iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidenti Cozef Baydenin ev sahibliyi etdiyi NATO-nun 75-ci ildönümü tədbirində iştirak edib.

Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Bildirilib ki, tədbir 1949-cu il aprelin 4-də NATO-nun təsis edildiyi Vaşinqton Müqaviləsinin imzalandığı Endru Mellon konfrans zalında keçirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *