Paris-2024: Növbəti cüdoçumuz da mübarizəni dayandırdı (YENİLƏNİB)

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Report” xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Von Jin Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.

Rəqibini uduzan Ağayev mübarizəni dayandırmalı olub.

* * * * *

Azərbaycan cüdoçusu Leyla Əliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Report” xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Xalimajon Kurbanova (Özbəkistan) ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan L.Əliyeva mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.