Sumqayıtda bıçaqlanma olub – YENİLƏNİB 1

DİN-in Mətbuat Xidmətindən apa-ya bildirilib ki, avqustun 22-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1984-cü il təvəllüdlü X. Xiyalıyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Nağıyev saxlanıb. 
Hadisə tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində baş verib.

Faktla bağlı istintaq araşdırması aparılır.

***

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs ağır vəziyyətdə hospitalizasiya olunub.

Apa xəbər verir ki, döş qəfəsinin və bazunun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib.

Zəruri bütün tibbi yardımlar göstərildikdən sonra o, M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə olunub.

***

Sumqayıtda 40 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.

Apa xəbər verir ki, hadisə 12-ci mikrorayonda keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Xiyalıyev Xəyal Əli oğlu münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Fakt araşdırılır.