Qəzzada daha bir jurnalist həlak oldu

Qəzza zolağında öldürülən jurnalistlərin sayı 172-yə yüksəlib.

Hökumətin Qəzzadakı Media Ofisindən Qəzza zolağında İsrailin hücumları nəticəsində həlak olan jurnalistlərlə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzzada həyata keçirdiyi hücumlarda “Menazil Media Şirkət”ində çalışan jurnalist Muhammed Abdulfettah Abdurabbu-nun həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayının 172-yə yüksəldiyi bildirilib.
//azxeber