Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə əsasnamə dərc olunacaq

Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətinin əsasnaməsi sentyabrın 2-də dərc olunacaq.

Bu barədə Ermənistan baş nazirinin ofisi məlumat yayıb.

Məlumatda o da qeyd edilir ki, daha sonra əsasnamə Ermənistanın Konstitusiya Məhkəməsinə, orada müsbət qərar qəbul olunarsa, ratifikasiya olunmaq üçün parlamentə göndəriləcək.

Xatırladaq ki, komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə bu gün, avqustun 30-da imzalanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *