Reanimasiyaya yerləşdirilən məşhur meyxanaçının son durumu AÇIQLANDI

Səhhəti pisləşdiyi üçün ötən həftə “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilən meyxanaçı Xəyyam Əhmədlinin vəziyyəti ağır olaraq qalır.

Bunu yenicag.az-a açıqlamasında sənətçinin yaxın qohumu bildirib:

“Əmim reanimasiyadan palataya çıxarılıb. Amma vəziyyəti hələ də ağır olaraq qalır. Həkimlər müayinələr edir, müalicə olunur. Əməliyyat olunması da mümkün deyil. Çünki əməliyyat üçün səhhəti yaxşılaşmalıdır. Ürəyi çox zəifdir”.