Goranboyda yanğın zamanı xəsarət alan körpə öldü

Goranboyda evdə dünən baş vermiş yanğın zamanı ağır xəsarət alan körpə ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, Goranboy rayon Veyisli kəndində baş vermiş yanğın nəticəsində ağır yanıq xəsarətləri alan 6 aylıq O.Mammedov göstərilən tibbi yardımlara baxmayaraq, ölüb.

Faktla bağlı araşdırma aparılır.