Tramp İranı hədələdi

ABŞ prezidentliyinə namizəd Donald Tramp ölkəsini təhdid etdiyinə görə İran şəhərlərini dağıtmaqla hədələyib.

Bu barədə vedomosti.ru məlumat yayıb.

“Əgər mən prezident olsam, ABŞ-ni təhdid edən ölkələrə, indiki halda İrana demək istəyirəm ki, biz sizin ən böyük şəhərlərinizi və ölkənin özünü xarabalığa çevirəcəyik”, – o, tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Sentyabrın 25-də respublikaçı özünün “Truth Social” sosial şəbəkəsində bildirib ki, İran onun həyatı üçün təhlükə yaradır. ABŞ prezidentliyinə namizəd yazıb ki, o, indi əvvəlkilərdən daha çox insan və silahla əhatə olunub.