Lənkəranda 29 yaşlı gənci avtomobil vurub

Lənkəran şəhərində 29 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Ağazadə yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.