Bakıda 17 yaşlı motosikletçi qəzada xəsarət alıb

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 2007-ci il təvəllüdlü Elvin Məmməd oğlu Məmmədlinin idarə etdiyi motosiklet avtomobillə toqquşub. Nəticədə E.Məmmədli xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.