Filippin sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib

Filippində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Report-un məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 76,5 min insanın yaşadığı Virak şəhərindən 96 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.